human rights

11 oktyabr 2023-cü ildə  Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının təşkilatçılığı ilə təşkil olunmuş elmi seminarda kafedranın dosenti, h.ü.f.d. Daşqın Qənbərov “Ekologiya insan hüquqları kontekstində” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi müasir mərhələdə qlobal səviyyədə xüsusi aktuallıq kəsb edən ekoloji problemlər, onların yaranma səbəbləri və bu problemlərin insanlara təsiri, problemin aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatların səyləri, qəbul olunmuş beynəlxalq hüquqi sənədlər haqqında ətraflı məlumat verərək ekoloji təhlükəsizliyin ümumi milli təhlükəsizlik sistemindəki yerini konseptual əsaslarla iştirakçıların diqqətinə çatdırdı.

Hüquq elmləri doktoru, professor Əmir Əliyev, hüquq üzrə fəlsəfə doktoru Azər Səfərov, o cümlədən müəllimlər- Günay Hacıyeva, Əkbər Əliyev, Araz Abdullasoy mövzu ətrafında qarşılaşdıqları praktiki nümunələrə istinad etməklə, mövcud problemlərin həlli istiqamətində öz elmi yanaşmalarını açıqlayaraq, seminara müxtəlif əsaslı töhfələr verdilər. Seminar dinləyici magistr–tələbələr tərəfindən maraqla qarşılandı. 

29 sentyabr 2023-cü il tarixdə saat 14.00-da Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən FD 2.44 Dissertasiya şurasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının doktorantı Xanımana Rüstəm qızı Qafarovanın 5603.01 - “Beynəlxalq hüquq; insan hüquqlaları” ixtisasında Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Vərəsəlik münasibətlərinin beynəlxalq-hüquqi tənzimlənməsi və Azərbaycan Respublikasının qanunvericiliyi” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Ünvan: AZ 1148, Bakı şəhəri, Zahid Xəlilov-33, I korpus, auditoriya 002.

Dissertasiya işi və avtoreferat (Azərbaycan və ingilis dillərində) ilə kafedrada əyani şəkildə və ya aşağıdakı elektron link vasitəsi ilə tanış ola bilərsiniz:

https://drive.google.com/drive/folders/1zw-a5Dlta_MOP1AdliE5fDdCmOWu-BcM?usp=sharing 

29 sentyabr 2023-cü il tarixdə saat 10.00-da Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən FD 2.44 Dissertasiya şurasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının əyani doktorantı Hüseyn Oktay oğlu Əlizadənin 5614.01 - “İnzibati hüquq; maliyyə  hüququ; informasiya hüquq” ixtisasında Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İnformasiya  hüquq pozuntuları və informasiya - hüquqi məsuliyyət: nəzəri və təcrübi aspektlər” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Ünvan: AZ 1148, Bakı şəhəri, Zahid Xəlilov-33, I korpus, auditoriya 002.

Dissertasiya işi və avtoreferat (Azərbaycan və ingilis dillərində) ilə kafedrada əyani şəkildə və ya aşağıdakı elektron link vasitəsi ilə tanış ola bilərsiniz:

https://drive.google.com/drive/folders/17k3GkANDnoweT4-6c1YBgk9nicN8GUac?usp=sharing

İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva Avropa Şurasının Help Platforması vasitəsilə keçirilən “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı” (Azərbaycan adaptasiyası) mövzusunda təlimdə təlimçi qismində iştirak etmişdir 

H.ü.f.d. Gülnaz Rzayeva 17 mart – 31 may 2022-ci il tarixdə Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi üzrə dövlət orqanlarının (Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi) əməkdaşları üçün təşkil edilmiş Avropa Şurasının Help Platforması vasitəsilə keçirilən “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı” (Azərbaycan adaptasiyası) mövzusunda təlimdə təlimçi olmuşdur.

Təlim dövlət orqanlarının əməkdaşlarının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Konvensiyanın (İstanbul Konvensiyası) təqdim etdiyi müdafiə mexanizmləri və preventiv tədbirlər, eləcə də bu sahədə milli-hüquqi tənzimetmənin hüquqi və təcrübi tərəfləri barədə məlumatlandırılması məqsədilə təşkil olunmuşdur.

Təlim çərçivəsində HELP Platformasında ekspert Gülnaz Rzayeva tərəfindən yaradılmış vizual təqdimatlar vasitəsilə zəruri məlumatlar, hər mövzu üzrə yerləşdirilmiş Powerpoint fayllarda milli qanunvericilikdə nəzərdə tutulmuş tənzimetmə məsələləri beynəlxalq normalarla müqayisəli şəkildə təqdim olunmuşdur.

Qeydiyyatdan keçən 17 iştirakçıdan 13-ü kursun bütün mərhələlərini uğurla başa vurmuş, onlardan 11-i kursu qiymətləndirmişdir. Təlimin sonunda aparılan sorğunun nəticələrinə əsasən, demək olar ki, bütün iştirakçılar kursun metodologiyasından, materialların məzmunundan və keyfiyyətindən, tapşırıqların marağından razı qaldıqlarını bildiriblər.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru və tanınmış vəkil Daşqın Qənbərovun “Main Models of Realisation of the Right of Association in the Azerbaijan Republic” (Azərbaycan Respublikasında birləşmək hüququnun həyata keçirilməsinin əsas modelləri) adlı ingilis dilində məqaləsi Riqa Dövlət Universitetinin (Latviya Respublikası) beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan “Scientific Journal Socrates” jurnalında dərc olunmuşdur. Jurnal Riqa Dövlət Universitetinin Hüquq fakültəsinin əsas dövri elmi nəşridir və “ERIH PLUS”,  “Index Copernicus ICI Journals Master List” və s. beynəlxalq məlumat bazalarında qeydiyyata alınmışdır.

Jurnalın elektron (İnternet) səhifəsinə aşağıdakı elektron link vasitəsi ilə keçmək mümkündür: https://www.rsu.lv/en/socrates .

Xüsusilə qeyd edilməlidir ki, çap olunmuş elmi məqalə insan hüquqları sahəsində ən aktual mövzulardan olan birləşmək hüququna həsr edilmişdir. Müəllif tərəfindən məqalədə birləşmək hüququnun nəzəri və praktiki aspektləri vəhdətdə araşdırılmışdır. Bu kontesdə Azərbaycan Respublikasında birləşmək hüququnun reallaşma mexanizmləri müqayisəli şəkildə hüquq müstəvisində təhlil olunmuşdur.

Məqalənin elektron forması ilə aşağıdakı İnternet link vasitəsi ilə tanış olmaq mümkündür:

https://dspace.rsu.lv/jspui/bitstream/123456789/8305/1/Socrates-22-08_Ganberov-Dashqin_089-099.pdf

İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Şahin Məmmədrzalı 2022-ci ilin avqust ayında tanınmış “Fulbright” elmi-tədqiqat proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarına səfər etmişdir. Elmi tədqiqat səfəri zamanı Şahin Məmmədrzalı bir müddət İllinois Texnologiya İnstitutu nəzdində Çikaqo-Kent Hüquq fakültəsində olmuş və “Yeni texnologiyalar və insan hüquqları” fənninin proqram-sillabusunu hazırlamaq üçün lazımi materiallar toplamışdır. Proqram çərçivəsində təşkil edilmiş bir sıra digər tədbirlərə Şahin Məmmədrzalı onlayn şəkildə qatılmışdır və apardığı elmi tədqiqat nəticələri ilə bağlı elmi məruzələrlə çıxış etmişdir.

 

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşkilatçılığı ilə 06-09 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının aparıcı təhsil müəssisələrindən biri olan ADA Universitetində “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Tədbirə 10-dan çox ölkədən 20-yə yaxın ekspert dəvət olunmuşdur. Konfransda “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasını kafedranın müdiri, h.e.d., professor Əmir Əliyev təmsil etmişdir. Konfransın I müzakirə panelində iştirak edən Prof. Əmir Əliyev “1954-cü il Haaqa Konvensiyaları və Əlavə Protokolları çərçivəsində dövlətlərin məsuliyyəti” mövzusunda elmi məruzə etmişdir.

 

2022-ci il 16 sentyabr tarixində Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra - Dövlət Xidməti) birgə təşkilatçılığı ilə Dövlət Xidmətinin əməkdaşları üçün “Əqli mülkiyyət hüquqları və rəqabət hüququ” mövzusunda “İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedra”sının saathesabı qaydada fəaliyyət göstərən müəllimi Əliyev Əkbər tərəfindən təlim keçirilmişdir.

Təlimdə əqli mülkiyyət hüquqlarının anlayışı və formalaşma tarixi, sənayə mülkiyyəti obyektlərinin anlayışı, əmtəə nişanlarına dair müstəsna hüquq, əqli mülkiyyət hüququnun azad bazar iqtisadiyyatına və bazar subyektləri arasındakı rəqabətə təsir, bu sahədə mövcud praktika və.s barədə ətraflı məlumat verilmişdir. Təlimin sonunda təlimçi Əkbər Əliyev tərəfindən Dövlət Xidmətinin əməkdaşlarını maraqlandıran suallar cavablandırılmışdır.

 

2022-ci ilin əvvəllərində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası özünün məlumatlarını ingilis dilində UNESCO kafedralar şəbəkəsinin əlaqələndirilməsi üzrə Orbicom Baş Katibliyinə göndərmiş və bu ilin avqust ayında "Orbi Info" Bülletenində şəbəkə üzrə çap edilmişdir.

14 sentyabr 2022-ci il

UNESCO kafedraları arasında intensiv əlaqələri qurmaq üçün yaradılmış Orbicom-UNESCO (www.orbicom.ca) - informasiya mübadiləsini və ortaq layihələrin inkişafını təmin etmək məqsədilə akademik, media, korporativ və hökumət dairələrindən kommunikasiya liderlərini birləşdirən beynəlxalq şəbəkədir.

Orbicom (www.orbicom.ca) saytında Kafedralar (Chairs) bölməsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası haqqında ümumi məlumat, Dərclər (Publications) bölməsində isə 2022-ci ilin avqust ayında dərc edilmiş Bülletendə (Orbi-Info Bulletin of August 2022 (No. 2022-04, Aug. 2022) geniş məlumatlar əks olunmuşdur.

Kafedra haqqında dərc məlumatları ilə buradan da tanış ola bilərsiniz:

https://orbicom.ca/azerbaidjan-baku/ 

https://orbicom.ca/wp-content/uploads/2022/08/Bulletin-2022-04-Aout2022-v20220823h.pdf

13 iyun 2022-ci il

 

Tədbirdə Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycan və UNESCO arasında əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, ölkəmizin iştirakçısı olduğu bütün beynəlxalq platformalarda dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində etibarlı tərəfdaşa çevrildiyini bildirib. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, professor Lətif Hüseynov “Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində təhsil hüququ”, Milli Məclisin deputatı, professor Nizami Səfərov “Müharibə zamanı mədəni sərvətlərin qorunması rejiminin pozulması: müharibə cinayəti və ya mədəni soyqırımı?”, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Eltay Aslanov “Azərbaycan Respublikası ilə UNESCO arasında əməkdaşlığın başlıca istiqamətləri”, Avropa Şurasının Bakı Ofisinin nümayəndəsi Pərvanə Bayramova “Avropa Şurasının Hüquq fakültəsi ilə əməkdaşlığı”, Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov “Mübahisələrin alternativ həlli yeni trend kimi: BDU-nun Hüquq fakültəsinin mediasiya islahatlarında rolu”, Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli “Təhsil beynəlxalq münasibətlərdə yumşaq güc aləti kimi: Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığı”, Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Elnur Aslanov “Azərbaycan Respublikasının daxili işlər orqanları və beynəlxalq təşkilatlar: əməkdaşlığın perspektivləri”, Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri professor Əmir Əliyev “İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının fəaliyyətinin əsas istiqamətləri”, Hüquq fakültəsinin Hüquq klinikasının rəhbəri, hüquq üzrə elmlər doktoru Turqay Hüseynov “Azərbaycan və Avropa İttifaqı: inkişaf perspektivləri”, Hüquq fakültəsinin IV kurs tələbəsi, Tələbə elmi cəmiyyətinin sədri Ceyhun Xəlilov “Tələbə elmi cəmiyyətinin Hüquq fakültəsinin inkişafında rolu” mövzularında məruzə ilə çıxış etmişlər.

 

03 iyun 2022-ci il

 

İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasında Azərbaycan Respublikasının UNESCO-ya üzv olmasının 30 ilinin tamam olması münasibətilə növbəti iclas keçirilmişdir. Kafedranın müdiri h.ü.e.d., professor Əmir Əliyev bildirmişdir ki, UNESCO tərəfindən 1992-ci ildə yaradılmış “UNITWIN/UNESCO Chairs Programme” əsasında Bakı Dövlət Universiteti və UNESCO arasında imzalanmış 2015-ci il tarixli Sazişlə yenidən təsis edilmiş və İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası öz fəaliyyətində UNESCO-nun prioritet istiqamətlərini rəhbər tutur. Bu, kafedrada tədris olunan fənlərin tədrisi zamanı özünü büruzə verir. Həmçinin kafedranın əməkdaşlarının iştirakı ilə geniş elmi müzakirələr aparılmışdır.

İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasında həmin kafedranın professoru, hüquq elmləri doktori Etibar Əliyevin təqdimatında 15 aprel 2022-ci il tarixdə “Müasir dövrdə informasiya cəmiyyətinin formalaşmasının hüquqi aspektləri” mövzusunda Elmi seminar keçirilmişdir. Elmi seminrada kafedranın professor-müəllim heyəti, doktorantları, o cümlədən “İnsan hüquqları” və “İnformasiya hüququ” magistratura ixtisaslaşmasının magistrantları iştirak etmişlər. Elmi seminar bir sıra praktiki təkliflər səsləndirilmiş, bununla əlaqədar elmi tədqiqatların genişləndirilməsi zəruriliyi irəli sürülmüşdür. Elmi seminar qarşılıqlı fikir müxtəlifliyi və müzakirələrlə aparılmışdır.

İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının əməkdaşları Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşkilatçısı olduğu və 21-22 dekabr 2021-ci il tarixlərdə keçirilmiş “XXI əsr, yeni çağırışlar və hüququn müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq konfransda iştirak etmişlər. Konfransın təşkilat komitəsinin sədri BDU-nun rektoru Elçin Babayev, sədr müavini isə İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Əmir Əliyev olmuşdur. Konfransın açılış mərasimində, həmçinin 2 gün davam edən sessiyalarda ümumilikdə 10 ölkədən 21 xarici alim əyani iştirak və çıxış, o cümlədən bölmələrdə rəhbərlik etmişdir. Qonaqlar arasında Daşkənd Dövlət Hüquq  Universitetinin rektoru İslambek Rustambekov, Kiyev Hüquq Universitetinin rektoru Yuriy Boshitski, Vilnüs Universitetinin Hüquq fakültəsinin dekanı Tomas Davulis, Kazan Federal Universitetinin Hüquq fakültəsinin dekanı Liliya Bakulina, Ankara Universitetinin Hüquq fakültəsinin dekanı Muharrem Özen, Əl-Fərabi adına Qazax Milli Universitetinin Hüquq fakültəsinin dekanı Daulet Baydeldinov, İstanbul Universitetinin Hüquq fakültəsinin dekanı Ömer Ekmekçi, Əl-Fərabi adına Qazax Milli Universitetinin Dövlət və Hüquq institutunun direktoru Aron Salimqerey, Kazan Federal Universitetinin professoru Adel Abdullin, İstanbul Universitetinin Hüquq fakültəsinin professoru  Fethi Gedikli, İstanbul Universitetinin Hüquq fakültəsinin professoru Cüneyt Yüksel, Martin Lüter Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev, Ankara Universitetinin Hüquq fakültəsinin professoru Cavid Abdullazadə, Moldova Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini Stela Botnaru, Kazan Federal Universitetinin Hüquq fakültəsinin professoru  Tustem Davletgildeev, Russiya Texnologiya Universitetinin professoru Anatoli Belkin, İstanbul Universitetinin Hüquq fakültəsinin professoru  Erkan Vehbi Umut, Əl-Fərabi adına Qazax Milli Universitetinin Hüquq fakültəsinin dekan müavini Gulnar Ayqarinova, Əl-Fərabi adına Qazax Milli Universitetinin Hüquq fakültəsinin professoru Gani Sarsenbiyev iştirak etmişdir.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi tərəfindən “Implementation of the United Nations Human Rights Treaties” çərçivəsində təklif olunmuş İnsan Hüquqları üzrə Magistratura təhsil pilləsi üçün Tədris Planının yenidən işlənib-hazırlanması Layihəsi üzrə Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyevin rəhbərliyi ilə hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva, hüquq üzrə fəlsəfə doktoru, dosent Aytəkin İbrahimova və Şahİn Məmmədrzalıdan ibarət tərkibdə yaradılmış ekspertlər qrupu “İnsan Hüquqları” magistratura ixtisaslaşmasının tədris planını yenidən tərtib edərək bütün tədris proqramlarını tamamilə yenidən işləmiş, onları azərbaycan və ingilis dillərində vahid bir külliyyat şəklində çap edilmişdir. Ekspertlər yeni tədris proqramının hazırlanması zamanı insan hüquqları üzrə təhsil sahəsində beynəlxalq təcrübəni geniş tətbiq etmişlər. 

Yeni tədris planı üzrə ixtisaslaşma fənləri sırasında “İnsan hüquqları: nəzəri aspektlər”, “Ayrı-ayrı insan hüquqları”, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində insan hüquqlarının müdafiəsi”, “Vətəndaşlıq və miqrasiya problemləri”, “İnsan hüquqlarının universal müdafiə mexanizmləri”, “Ayrı-ayrı qrupların hüquqları”, “İnsan hüquqlarının regional müdafiə mexanizmləri”, “Beynəlxalq insan hüquqları və humanitar hüquq normaları”, “İnsan hüquqlarının milli müdafiə mexanizmləri” kimi tədris fənləri çərçivəsində keçirilən mövzuların qısa xülasəsi, sərbəst işlər üçün nümunəvi suallar, eləcə də tələb olunan ədəbiyyat siyahısı təqdim olunmuşdur.

Eyni zamanda, seçmə fənn blokları üzrə “İnsan hüquqlarının fəlsəfəsi”, “İnsan hüquqlarının tarixi”, “İnsan hüquqları, sosial və mənəvi dəyərlər”, “Qlobal informasiya cəmiyyətində insan hüquqları”, “Davamlı inkişaf və insan hüquqları”,  “Yeni texnologiyalar və insan hüquqları”, “Beynəlxalq cinayətlərlə mübarizə və insan hüquqları”, “Vətəndaş cəmiyyəti və insan hüquqları”, “Qadın və uşaq hüquqları”, “İnsan alverinə qarşı beynəlxalq və milli mübarizə”, “Bioetika, tibbi hüquq və insan hüquqları”, “İnsan hüquqları, sülh və təhlükəsizlik” kimi müasir dövrün tələblərinə uyğun yeni fənlərin tədris proqramları təqdim olunmuşdur.

UNESCO kafedrasının əməkdaşları Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabatın hazırlanması” layihəsində işitrak etmişlər. Layihə uğurla başa çatmış və hesabat Azərbaycan və ingilis dillərində nəşr olunmuşdur.

Hesabat giriş, ümumi yanaşma və metodologiya, uzun müddət Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri haqqında ümumi məlumatlar, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul edilmiş beynəlxalq sənədlərin təhlili, məcburi köçkünlərin pozulmuş əsas hüquq və azadlıqları, Ermənistan tərəfindən beynəlxalq hüququn əsas prinsiplərinin pozulması və törədilən beynəlxalq cinayətlər, işğalla əlaqədar vurulmuş ziyanların təxmini əhatə dairəsi, mövcud beynəlxalq mexanizmlər, digər dövlətlərin təcrübəsi, beynəlxalq məhkəmə mexanizmləri, Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti, 2020-ci ilin sonlarına qədər işğalda olmuş və hazırda işğaldan azad edilmiş Azərbaycan əraziləri üçün zəruri olan ilkin humanitar yardım və s. kimi bölmələrdən ibarətdir. Hesabatın nəticə hissəsində Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarının bərpası ilə yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatlara da bir sıra təkliflər edilmişdir. Hesabatda ilk dəfə olaraq Azərbaycan tarixi, dini və mədəniyyət abidələrinin ingiliscə siyahısı da verilmişdir.

Hesabat beynəlxalq hökumətlərarası və qeyri-hökumətlərarası təşkilatlar, xarici dövlətlərin müvafiq dövlətdaxili qurumları və qeyri-hökumət təşkilatları, o cümlədən insan hüquqları sahəsində tədqiqatlar aparan elmi-tədqiqat müəssisələri və tədqiqatçılar, Azərbaycanın müvafiq dövlət qurumları və təhsil müəssisələri üçün təcrübi baxımdan əhəmiyyətli mənbədir.

Qeyd edək ki, Azərbaycan və ingilis dillərində nəşr olunmuş hesabatın bütün beynəlxalq hökümətlərarası və qeyri-hökümət təşkilatlarına, insan hüquqlarının beynəlxalq sahədəki mexanizmlərinə, o cümlədən müxtəlif dövlətlərin dövlət və qeyri-hökümət qurumlarına göndərilməsi nəzərdə tutulur.

14-15 iyul 2021-ci il

Layihənin məqsədi Azərbaycanda Qadına qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiya (İstanbul Konvensiyası) və digər gender bərabərliyi standartlarına dair məlumatlılığı artırmaqdır. Layihə Azərbaycanın dövlət qurumları ilə üç əsas fəaliyyət sahəsində əməkdaşlıq edəcək: qanunvericilik və siyasət çərçivəsi, məlumatlılğın artırılması tədbirləri və dövlət qulluqçularının bacarıqlarının gücləndiirlməsi. Tərəfdaşlar: Bakı Dövlət Universitetinin Hüquq fakültəsi; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi; İnsan Hüquqları üzrə Müvəkkilin Aparatı; Ədliyyə Nаzirliyi; Ədliyyə Akademiyası.

Əməkdaşlarımız həmçinin İstanbul Konvensiyasının tətbiqi ilə bağlı bir çox sənədlərin və maarifləndirici bukletlərin akademik formada redaktəsində də iştirak etmişlər və bu işlər üzrə əməkdaşlıq hələ davam etməkdədir. (Bəzi sənədlər üçün Bax: https://rm.coe.int/leaflet-monitoring/1680a0c4e6; https://rm.coe.int/leaflet/1680a0c4e5 və s.).

2021-ci il

İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının əməkdaşları “Post-Sovet münaqişələri, beynəlxalq hüquq və təhlükəsizlik” layihəsində iştirak etmişlər. Əsas iştirakçılar: RUKARR – Rusiya və Qafqaz Regional Tədqiqat İnstitutu (Malmö Universiteti-İsveç), Hüquq fakültəsi (Bakı Dövlət Universiteti-Azərbaycan), Humanitar elmlər fakültəsi (Tbilisi Dövlət Universiteti-Gürcüstan), Hüquq fakültəsi (Siyasi və İqtisadi Araşdırmalar Universiteti - Moldova), Beynəlxalq Münasibətlər fakültəsi (Milli Aviasiya Universiteti - Ukrayna).

Layihənin əsas məqsədi RUCARR və onun tərəfdaşları arasında ümumi akademik maraqlara əsaslanan yeni əməkdaşlıq və tərəfdaşlığın başlanmasıdır.

Belə bir şəbəkə tərəfdaşlığının çevik xarakteri ideal olaraq aşağıdakılara şərait yaratmışdır:

  1. tərəfdaş təşkilatlar və onların əməkdaşları arasında müntəzəm əlaqə;
  2. fikir mübadiləsi və tədqiqat nəticələri üçün müntəzəm platformalar yaratmaq;
  3. ümumi tədqiqat təşəbbüsləri üçün hərəkətverici qüvvə kimi xidmət edir;
  4. konsorsiumun araşdırmaların maliyyələşdirilməsi üçün ərizə verməsi üçün əsas kimi xidmət edir;
  5. ümumi akademik şəbəkələrdən istifadə etməklə daha geniş tədqiqat cəmiyyətinə qarşılıqlı çıxış imkanlarının genişləndirilməsi.

https://rucarr.mau.se/research/post-soviet-conflicts-international-law-and-security-forum/

28 dekabr 2020-ci il

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyevin, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayevanın və “Konstitusiya hüququ” kafedrasının dosenti hüquq üzrə fəlsəfə doktoru Aytəkin İbrahimovanın  həmmüəllifliyi ilə “Information security: Legal regulations in Azerbaijan and abroad” adlı məqalə Web of Science bazasına daxil olan Journal of Information Science jurnalında dərc  olunmuşdur. Q2 Q3 kvartil kateqoriyalı jurnallar siyahısında daxil olan, eləcə də “Nəşriyyat Etikası Komitəsi”nin (COPE) üzvü olan bu jurnal 2.410 İmpact Factora malikdir (Jurnalın linki: https://journals.sagepub.com/home/jis). Jurnal həmçinin Scopus bazasına daxildir.

Çap olunmuş məqalə dünyada və xüsusən də Azərbaycanda informasiya təhlükəsizliyi məsələlərinə həsr edilmişdir. Məqalədə Azərbaycanın və digər ölkələrin kibertəhlükəsizlik siyasəti və hüquqi tənzimləmələrin müqayisəli-təhlili aparılır. İnformasiya təhlükəsizliyinin hüquqi və texnoloji vasitələrlə təmin edilməsinin bir sıra aspektləri, habelə bəzi məlumat kateqoriyalarının təhlükəsizliyinin təmin edilməsinin spesifik xüsusiyyətləri vurğulanmışdır. Hər iki istiqamətdə tövsiyələr və nəticələr təqdim olunur.

Məqalə ilə aşağıdakı linkdən tanış olmaq olar:

https://journals.sagepub.com/eprint/QPIV7VTMICYRGUYIVEHM/full

9 noyabr 2020-ci il

Bakı Dövlət Universitetinin “UNITWIN/UNESCO Chairs Programme” şəbəkəsinə daxil olan “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının əməkdaşları h.ü.e.d., professor Əmir İbrahim oğlu Əliyev, h.ü.f.d. Gülnaz Aydın qızı Rzayeva və “Konstitusiya hüququ” kafedrasının dosenti h.ü.f.d. Aytəkin Naizm qızı İbrahimova 9 noyabr 2020-ci il tarixdə Antonio Papisca” İnsan Hüquqları Mərkəzi, YUNESKO-nun “İnsan hüquqları, Demokratiya və Sülh” kafedrası və Padova Universitetinin Siyasi Elmlər, Hüquq və Beynəlxalq Araşdırmalar kafedrasının təşkilatçılığı ilə keçirilən  “Data-driven human rights research” illik beynəlxalq insan hüquqlarına həsr olunmuş konfransda uğulrlu çıxışdan sonra Peace Human Rights Governance (PHRG) jurnalından “ARTIFICIAL INTELLIGENCE AND PERSONAL DATA: INTERNATIONAL AND NATIONAL FRAMEWORK” mövzusunda məqalələrinin çapı ilə bağlı təklif almışlar və məqalə jurnalın mart buraxılışında (5(1)-2021) nəşr olunmuşdur. Qeyd etmək lazımdır ki, Jurnal 1982-ci ildən Padova Universitetinin Antonio Papisca” İnsan Hüquqları Mərkəzi tərəfindən buraxılır. Jurnal Google Scholar, Ebsco Host, Database of Open Access Journal (DOAJ), the European Reference Index for the Humanities and the Social Sciences (ERIH PLUS) ilə indeksləşdirilmişdir.

Məqalənin linki: http://phrg.padovauniversitypress.it/2021/1/4

29 oktyabr 2020-ci il

29.10.2020-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Beynəlxalq Hesabat hazırlanması üzrə yeni bir layihəyə başlamışdır. Layihəyə rəhbərliyi BDU-nun rektoru Elçin Babayev həyata keçirəcəkdir. BDU rektorunun əmrilə layihə üzrə müvafiq İşçi Qrupu yaradılmışdır. İşçi qrupuna Ukrayna, Rusiya, Türkiyə və Qazaxıstanın, o cümlədən Azərbaycanın müxtəlif ali məktəblərinin tanınmış hüquqşünas alimləri, habelə gənc tədqiqatçılar, magistrantlar və tələbələr daxil edilmişdir. İşçi qrupunun həmsədrləri BDU-nun İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müdiri Əmir Əliyev, həmin kafedranın müəllimi, eyni zamanda MG Konsaltinq Şirkətinin rəhbəri Məhəmməd Quluzadə və BDU-nun Hüquq klinikasının rəhbəri Turqay Hüseynovdur. İşçi qrupunun tərkibində 10-a yaxın bölmə və katiblik, eyni zamanda internet saytı fəaliyyət göstərəcəkdir. 

https://azertag.az/xeber/BDU_da_Isgal_edilmis_erazilerde_mecburi_kochkunlerin_pozulmus_huquqlarina_dair_kompleks_hesabat_hazirlayan_ischi_qrupun_novbeti_iclasi_kechirilib-1684407

2019-cu il

İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Əmir İbrahim oğlu Əliyevin “İnsan hüquqları” dərsliyi nəşr olunmuşdur. Dərslikdə insan hüquqlarının nəzəri və təcrübi məsələləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, bu istiqamətdə qəbul edilmiş mühüm beynəlxalq normalar, o cümlədən Azərbaycan Respublikası və müxtəlif dövlətlərin milli qanunvericiliyi əsasında geniş təhlil edilmişdir.

Dərslik insan hüquqlarının hüquq sistemində yeri, insan hüquqlarının müdafiəsinin mahiyyəti, əsas istiqamətləri və mühüm elementləri, insan hüquqlarının formalaşması və inkişaf tarixi, ayrı-ayrı insan hüquq və azadliqlarının ümumi səciyyəsi və onlarin müdafiəsi məsələləri, ayrı-ayrı  qrupların hüquqlarının müdafiəsi, ayrı-ayrı sahələrdə insan hüquqlarının müdafiəsi, insan hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq normalar, insan hüquqlarının müdafiəsi sahəsində universal təminat sistemləri, insan hüquqlarının müdafiəsi sahəsində regional mexanizmlər, insan hüquqlarının müdafiəsi sahəsində milli  mexanizmlər, əhali problemləri və insan hüquqlarinin müdafiəsi məsələləri kimi fəsillərdən ibarətdir.