human rights

Magistratura səviyyəsində aşağıdakı ixtisaslaşmalar üzrə tədris aparılır:

  • “İnsan hüquqları” ixtisaslaşması üzrə: Beynəlxalq insan hüquqları hüququ (nəzəriyyə); Ayrı-ayrı qrupların hüquqları; Miqrant və qaçqınların hüquqları; Beynəlxalq insan hüquqları QHT-lər; Beynəlxalq insan hüquqları hüququ (praktika); Beynəlxalq insan hüquqları və humanitar hüquq normaları; İnsan hüquqlarının Avropa sistemi;İnsan hüquqları sahəsində milli fəaliyyət; İnsan hüquqlarının iqtisadi aspektləri; Gender və uşaq hüquqları; Beynəlxalq insan hüquqlarının ekoloji aspektləri; Bioetika və tibbi hüquq; İnsan hüquqları və informasiya azadlığı; Yuvenal ədliyyə; İnkişaf və sosial hüquqlar.
  • “İnformasiya hüququ” ixtisaslaşması üzrə: İnformasiya hüququ: nəzəriyyə və praktika; Elektron dövlət; İnformasiya hüququnun beynəlxalq aspektləri və müqayisəli hüquq; İnternet hüququ; Söz və ifadə azadlığı; KİV hüququ; Diffamasiya və media hüququ; İnformasiya cəmiyyəti, hüquq və insan hüquqları; Elektron kommersiya hüququ; İnformasiya cəmiyyətində əqli mülkiyyət hüququ.
  • “Tibbi hüquq” ixtisaslaşması üzrə: Tibbi hüququn aktual problemləri; Beynəlxalq səhiyyə hüququ; Tibbi hüquq və insan hüquqları; Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi; Bioetika; Pasiyent hüquqları; Yeni texnologiyalar və sağlamlıq  hüququ.
  • “İdman hüququ” ixtisaslaşması üzrə: İdman sahəsində hüquqi tənzimlənmənin aktual problemləri; İdman hüququ və tibbi hüquq; İdman hüququ və insan hüquqları; Olimpiya (paralimpiya) hüququ; İdman hüququ və təhlükəsizlik problemləri; İdman sferasında idarəetmənin hüquqi tənzimlənməsi; İdman hüququ və turizm hüququ; Beynəlxalq idman hüququ.
  • “Turizm hüququ” ixtisaslaşması üzrə: Turizm və insan hüquqları; Xarici ölkələrin turizm qanunvericiliyi; Turizm sferasında idarəetmənin hüquqi tənzimlənməsi; Turizm və milli təhlükəsizlik; Turizm sfearsında beynəlxalq müqavilələr; Turizm sfearsında beynəlxalq təşkilatlar; Ekoloji turizm və davamlı inkişaf hüququ.
  • “Beynəlxalq hüquq” ixtisaslaşması üzrə: Beynəlxalq insan hüquqlarının aktual problemləri; Müasir beynəlxalq hüquqda əhali və miqrasiya problemləri.
  • “Transmilli cinayət hüququ” ixtisaslaşması üzrə: İnsan alverinə qarşı beynəlxalq və milli mübarizə; İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin aktual problemləri.
  • “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ” ixtisaslaşması üzrə: İnzibati hüquq, inzibati proses və insan hüquqları.