human rights

“İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası 2013-cü ildə yaradılmışdır. Yaradıldığı ilkin dövrdə kafedranın adı “İnsan hüquqları”  adlanırdı. Sonradan kafedra UNESCO tərəfindən 1992-ci ildə yaradılmış “UNITWIN/UNESCO Chairs Programme” əsasında Bakı Dövlət Universiteti və UNESCO arasında imzalanmış 2015-ci il tarixli Sazişlə yenidən təsis edilmiş və “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası adlandırılmışdır.

Hazırda kafedraya hüquq üzrə elmlər doktoru, professor Əmir İbrahim oğlu Əliyev rəhbərlik edir.

Hüquq fakültəsinin ən gənc akademik heyətinin cəlb olunduğu kafedranın əsas səciyyəvi xüsusiyyəti – müəllim heyətinin əksəriyyətinin nüfuzlu yerli və xarici təhsil müəssisələrini bitirməsi və müxtəlif dillərdə yüksək səviyyədə tədris aparmaq bacarığı ilə bağlıdır. 

“İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasında bakalavriat və magistratura təhsil səviyyəsində azərbaycan, ingilis və rus dillərində aşağıdakı fənlər tədris olunur:

Bakalavriat səviyyəsində:

  • İnsan hüquqları;
  • İnformasiya hüququ;
  • Bioetika və tibbi hüquq.

Magistratura səviyyəsində:

  • “İnsan hüquqları” ixtisaslaşması üzrə: Beynəlxalq insan hüquqları hüququ (nəzəriyyə); Ayrı-ayrı qrupların hüquqları; Miqrant və qaçqınların hüquqları; Beynəlxalq insan hüquqları QHT-lər; Beynəlxalq insan hüquqları hüququ (praktika); Beynəlxalq insan hüquqları və humanitar hüquq normaları; İnsan hüquqlarının Avropa sistemi;İnsan hüquqları sahəsində milli fəaliyyət; İnsan hüquqlarının iqtisadi aspektləri; Gender və uşaq hüquqları; Beynəlxalq insan hüquqlarının ekoloji aspektləri; Bioetika və tibbi hüquq; İnsan hüquqları və informasiya azadlığı; Yuvenal ədliyyə; İnkişaf və sosial hüquqlar.
  • “İnformasiya hüququ” ixtisaslaşması üzrə: İnformasiya hüququ: nəzəriyyə və praktika; Elektron dövlət; İnformasiya hüququnun beynəlxalq aspektləri və müqayisəli hüquq; İnternet hüququ; Söz və ifadə azadlığı; KİV hüququ; Diffamasiya və media hüququ; İnformasiya cəmiyyəti, hüquq və insan hüquqları; Elektron kommersiya hüququ; İnformasiya cəmiyyətində əqli mülkiyyət hüququ.
  • “Tibbi hüquq” ixtisaslaşması üzrə: Tibbi hüququn aktual problemləri; Beynəlxalq səhiyyə hüququ; Tibbi hüquq və insan hüquqları; Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi; Bioetika; Pasiyent hüquqları; Genetika və konfidensiallıq; Yeni texnologiyalar və sağlamlıq  hüququ.
  • “İdman hüququ” ixtisaslaşması üzrə: İdman sahəsində hüquqi tənzimlənmənin aktual problemləri; İdman hüququ və tibbi hüquq; İdman hüququ və insan hüquqları; Olimpiya (paralimpiya) hüququ; İdman hüququ və təhlükəsizlik problemləri; İdman sferasında idarəetmənin hüquqi tənzimlənməsi; İdman hüququ və turizm hüququ; Xarici ölkələrin idman qanunvericiliyi; Beynəlxalq idman hüququ; İdmanda əqli mülkiyyət hüquqları; Ayrı-ayrı idman növlərinin hüquqi tənzimlənməsi.
  • “Turizm hüququ” ixtisaslaşması üzrə: Turizm və insan hüquqları; Xarici ölkələrin turizm qanunvericiliyi; Turizm sferasında idarəetmənin hüquqi tənzimlənməsi; Turizm və milli təhlükəsizlik; Turizm sfearsında beynəlxalq müqavilələr; Turizm sfearsında beynəlxalq təşkilatlar; Turizm rəsmiyyətləri və təhlükəsizlikləri; Ekoloji turizm və davamlı inkişaf hüququ; Turizm sferasında fəaliyyət subyektlərinin hüquqi statusu.
  • “Beynəlxalq hüquq” ixtisaslaşması üzrə: Beynəlxalq insan hüquqlarının aktual problemləri; Müasir beynəlxalq hüquqda əhali və miqrasiya problemləri.
  • “Transmilli cinayət hüququ” ixtisaslaşması üzrə: İnsan alverinə qarşı beynəlxalq və milli mübarizə; İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin aktual problemləri.
  • “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə: Əqli mülkiyyət hüququ və insan hüquqları; Əqli mülkiyyətin hüquqi müdafiəsi.
  • “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ” ixtisaslaşması üzrə: İnzibati hüquq, inzibati proses və insan hüquqları.