human rights

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşkilatçılığı ilə 06-09 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının aparıcı təhsil müəssisələrindən biri olan ADA Universitetində “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Tədbirə 10-dan çox ölkədən 20-yə yaxın ekspert dəvət olunmuşdur. Konfransda “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasını kafedranın müdiri, h.e.d., professor Əmir Əliyev təmsil etmişdir. Konfransın I müzakirə panelində iştirak edən Prof. Əmir Əliyev “1954-cü il Haaqa Konvensiyaları və Əlavə Protokolları çərçivəsində dövlətlərin məsuliyyəti” mövzusunda elmi məruzə etmişdir.