human rights

İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva Avropa Şurasının Help Platforması vasitəsilə keçirilən “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı” (Azərbaycan adaptasiyası) mövzusunda təlimdə təlimçi qismində iştirak etmişdir 

H.ü.f.d. Gülnaz Rzayeva 17 mart – 31 may 2022-ci il tarixdə Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi üzrə dövlət orqanlarının (Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi) əməkdaşları üçün təşkil edilmiş Avropa Şurasının Help Platforması vasitəsilə keçirilən “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı” (Azərbaycan adaptasiyası) mövzusunda təlimdə təlimçi olmuşdur.

Təlim dövlət orqanlarının əməkdaşlarının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Konvensiyanın (İstanbul Konvensiyası) təqdim etdiyi müdafiə mexanizmləri və preventiv tədbirlər, eləcə də bu sahədə milli-hüquqi tənzimetmənin hüquqi və təcrübi tərəfləri barədə məlumatlandırılması məqsədilə təşkil olunmuşdur.

Təlim çərçivəsində HELP Platformasında ekspert Gülnaz Rzayeva tərəfindən yaradılmış vizual təqdimatlar vasitəsilə zəruri məlumatlar, hər mövzu üzrə yerləşdirilmiş Powerpoint fayllarda milli qanunvericilikdə nəzərdə tutulmuş tənzimetmə məsələləri beynəlxalq normalarla müqayisəli şəkildə təqdim olunmuşdur.

Qeydiyyatdan keçən 17 iştirakçıdan 13-ü kursun bütün mərhələlərini uğurla başa vurmuş, onlardan 11-i kursu qiymətləndirmişdir. Təlimin sonunda aparılan sorğunun nəticələrinə əsasən, demək olar ki, bütün iştirakçılar kursun metodologiyasından, materialların məzmunundan və keyfiyyətindən, tapşırıqların marağından razı qaldıqlarını bildiriblər.