human rights

11 oktyabr 2023-cü ildə  Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının təşkilatçılığı ilə təşkil olunmuş elmi seminarda kafedranın dosenti, h.ü.f.d. Daşqın Qənbərov “Ekologiya insan hüquqları kontekstində” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi müasir mərhələdə qlobal səviyyədə xüsusi aktuallıq kəsb edən ekoloji problemlər, onların yaranma səbəbləri və bu problemlərin insanlara təsiri, problemin aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatların səyləri, qəbul olunmuş beynəlxalq hüquqi sənədlər haqqında ətraflı məlumat verərək ekoloji təhlükəsizliyin ümumi milli təhlükəsizlik sistemindəki yerini konseptual əsaslarla iştirakçıların diqqətinə çatdırdı.

Hüquq elmləri doktoru, professor Əmir Əliyev, hüquq üzrə fəlsəfə doktoru Azər Səfərov, o cümlədən müəllimlər- Günay Hacıyeva, Əkbər Əliyev, Araz Abdullasoy mövzu ətrafında qarşılaşdıqları praktiki nümunələrə istinad etməklə, mövcud problemlərin həlli istiqamətində öz elmi yanaşmalarını açıqlayaraq, seminara müxtəlif əsaslı töhfələr verdilər. Seminar dinləyici magistr–tələbələr tərəfindən maraqla qarşılandı.