human rights

İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının əməkdaşları Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşkilatçısı olduğu və 21-22 dekabr 2021-ci il tarixlərdə keçirilmiş “XXI əsr, yeni çağırışlar və hüququn müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq konfransda iştirak etmişlər. Konfransın təşkilat komitəsinin sədri BDU-nun rektoru Elçin Babayev, sədr müavini isə İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Əmir Əliyev olmuşdur. Konfransın açılış mərasimində, həmçinin 2 gün davam edən sessiyalarda ümumilikdə 10 ölkədən 21 xarici alim əyani iştirak və çıxış, o cümlədən bölmələrdə rəhbərlik etmişdir. Qonaqlar arasında Daşkənd Dövlət Hüquq  Universitetinin rektoru İslambek Rustambekov, Kiyev Hüquq Universitetinin rektoru Yuriy Boshitski, Vilnüs Universitetinin Hüquq fakültəsinin dekanı Tomas Davulis, Kazan Federal Universitetinin Hüquq fakültəsinin dekanı Liliya Bakulina, Ankara Universitetinin Hüquq fakültəsinin dekanı Muharrem Özen, Əl-Fərabi adına Qazax Milli Universitetinin Hüquq fakültəsinin dekanı Daulet Baydeldinov, İstanbul Universitetinin Hüquq fakültəsinin dekanı Ömer Ekmekçi, Əl-Fərabi adına Qazax Milli Universitetinin Dövlət və Hüquq institutunun direktoru Aron Salimqerey, Kazan Federal Universitetinin professoru Adel Abdullin, İstanbul Universitetinin Hüquq fakültəsinin professoru  Fethi Gedikli, İstanbul Universitetinin Hüquq fakültəsinin professoru Cüneyt Yüksel, Martin Lüter Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev, Ankara Universitetinin Hüquq fakültəsinin professoru Cavid Abdullazadə, Moldova Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini Stela Botnaru, Kazan Federal Universitetinin Hüquq fakültəsinin professoru  Tustem Davletgildeev, Russiya Texnologiya Universitetinin professoru Anatoli Belkin, İstanbul Universitetinin Hüquq fakültəsinin professoru  Erkan Vehbi Umut, Əl-Fərabi adına Qazax Milli Universitetinin Hüquq fakültəsinin dekan müavini Gulnar Ayqarinova, Əl-Fərabi adına Qazax Milli Universitetinin Hüquq fakültəsinin professoru Gani Sarsenbiyev iştirak etmişdir.

 

Açılış mərasimində qonaqların çıxışları olmuş, o cümlədən Almaniyanın Martin Lüter Halle-Vittenberq Universiteti rektoru və Litvanını Vilnus Univeristetinin rektoru online çıxış etmişlər. Daha sonra BDU və Daşkənd Hüquq Universiteti arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması mərasimi olmuşdur.

Tomas Davulis və Adel Abdullinin sədrliyi ilə keçirilən plenar iclasında Taşkənd Universitetinin rektoru İslambek Rustambekov, Türkiyənin İstanbul Universitetinin professoru Cüneyt Yüksel, BDU-nun Hüquq fakültəsinin müəllimi Gülnaz Rzayevanın çıxışları baş tutmuşdur.

Konfransın ilk günü fəaliyyətə başlayan iki bölmə - “Hüquq nəzəriyyəsi və tarixi müasir dövrdə. Konstitusionalizm problemləri” Məsumə Məlikova və Fethi Gediklinin rəhbərliyi ilə, “Cinayət prosesi və kriminalistikanın müasir problemləri” adlı digər bölmə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov, Rusiya Texnologiya Universitetinin professoru Anatoli Belkinin rəhbərliyi ilə uğurla davam etmişdir. Çoxsaylı yerli və xarici alimlərin məruzələri dinlənilmişdir.

Konfransın ikinci günündə 4 bölmə - Şəhla Səmədova və Muharrem Özenin rəhbərliyi ilə ‘Cinayət hüququnun inkişafının müasir inkişaf tendensiyaları” Baş Prokurorluğun binasında, Cüneyt Yüksel və Samirə Eyvazovanın sədrliyi ilə “Beynəlxalq hüquq standartları: milli hüquq sisteminin yeni istiqamətləri və inkişafı”, Turqay Hüseynov və Tomas Davulisin sədrliyi ilə “İnsan hüquqları, əqli mülkiyyət hüquqları və informasiya hüququ” sessiyası, Elçin Xələfov və Vehbi Umut Erkanın sədrliyi ilə “Mülki hüquq, kommersiya hüququ və əmək hüququnun müasir problemləri”adlı sessiya fəaliyyətini davam etdirmişdir.

Konfransın II günündə 2 müqavilə imzalannmışdır. Beləki BDU və Litvanın Vilnus Univeristeti arasında ikili diplom proqramına dair Müqavilə imzalanıb. Müqaviləyə əsasən BDU-nun “İnsan hüquqları” tələbələri Vilnus Univeristetinin tələbələri isə “Beynəlxalq hüquq və Avropa hüququ” ixtisaslaşması üzrə ikili diplom alması nəzərdə tutulmuşdur. Online qaydada qoşulan Vilnus Univeristetinin rektoru ilə BDU-nun rektoru Elçin Babayev müqaviləni imzalamışdırlar. Həmçinin BDU və Kiyev Universiteti arasında əməkdaşlıq və tələbə mübadiləsi haqqında Müqavilə imzalamışlar.

Konfransda online və canlı olmaqla ümumilikdə 195 çıxış olmuşdur. 110 nəfər yerli və 17 nəfər xarici canlı olaraq, 28 yerli və  41 xarici online olaraq müxtəlif bölmələrdə məruzələrlə çıxış etmişdirlər. Konfransda hüququn yeni sahələrinin və onun aktual problemlərinə dair çox əhəmiyyətli çıxışlar olmuşdur.