human rights

Əmir İbrahim oğlu Əliyev

Kafedra müdiri 

 

 

hüquq elmləri doktoru, professor.

Telefon: +99412 538-31-10 (iş); +994503313166 (mobil).
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 

04 aprel 1973-cü ildə anadan olmuşdur. Ailəlidir, 3 övladı vardır.

   
   

Təhsili, elmi dərəcəsi və elmi adları

  • 1994-cü ildə BDU Hüquq fakültəsini bitirmişdir;
  • 1995-1999-cu illərdə BDU-da “Beynəlxalq hüquq” ixtisası üzrə aspiranturada təhsil almışdır;
  • 2003-cü ildə BDU-da “Azərbaycan Respublikasında əcnəbilərin hüquqi vəziyyəti və beynəlxalq hüquq” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsi almışdır;
  • 2007-ci ildə BDU-da “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi almışdır;
  • 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı almışdır.

 

Əmək fəaliyyəti

  • 1996-2006 – BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti;
  • 2006-2009 – BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti;
  • 2009-2013 – BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının professoru;
  • 2006-2011 – BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini;
  • 2011-2021 – BDU Hüquq fakültəsinin dekanı;
  • 2015-hal-hazıradək – BDU Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri.

 

Tədqiqat sahələri

  • Beynəlxalq hüquq;
  • İnsan hüquqları;
  • Avropa hüququ;
  • İnformasiya hüququ.
 

 

Elmi fəaliyyəti və nailiyyətləri

  • BDU-nun “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalının  və “Azərbaycan Hüquq Jurnalı”nın baş redaktoru; Respublikada nəşr edilən “Nəqliyyat hüququ” jurnalının, “Bakı Universitetinin Xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalının və “Azərbaycan Prokuroru jurnalı (Low journal)”nın redaksiya heyətinin üzvü; BDU Tələbə Hüquq Jurnalının elmi məsləhətçisi; Ukraynada nəşr edilən “Науковий Вiсник Днiпропетровського Державного Унiверситету Внутрiшнiх справ” jurnalının, “Наука i правоохорона” jurnalının və “Часопис Киiвського Унiверситету права” jurnalının redaksiya heyətinin üzvü; Rusiya Federasiyasında nəşr edilən «Северо-Кавказский юридический вестник» jurnalının redaksiya heyətinin üzvü.
  • Müdafiə edilmiş 50 hüquq üzrə fəlsəfə doktoru dissertasiya işinin elmi rəhbəri, 3 hüquq üzrə elmlər doktoru dissertasiya işinin elmi məsləhətçisi;
  • 300-ə qədər əsərin, o cümlədən 50-yə yaxın xaricdə çap edilmiş əsərin, 5 dərsliyin, 4 dərs vəsaitinin, 8 monoqrafiyanın və 30-dan çox tədris proqramının müəllifi.

 

Təltifləri

  • Azərbaycan Respublikasının Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı;
  • Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 12 dekabr 2018-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” Döş nişanı;
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirinin 14 dekabr 2018-ci il tarixli əmri ilə “Azərbaycan Ədliyyəsinin 100 illiyi” xatirə nişanı;
  • Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 14 dekabr 2018-ci il tarixli əmri ilə Ombudsmanın Xatirə Medalı;
  • Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 26 noyabr 2019-cu il tarixli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı;
  • Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin 14 avqust 2019-cu il tarixli əmri ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı.
 

·          

 

Seçilmiş əsərləri

 

Elmi məqalələr (xaricdə çap edilmiş)

  • Алиев А.И., Магеррамов А.М. Правовые основы и пределы влияния решений Европейского суда по правам человека на правовую систему Азербайджана // Держова и право, 2013, № 4, с.134-141;
  • Алиев А.И. Права человека, правовое положение иностранцев и право убежища: общетеоретические вопросы // Науковий вісник Національної академії державної податкової служби України (економіка, право), 2006, № 3, с. 264-270.

 

Elmi məqalələr (Respublikada çap edilmiş)

  • Əliyev Ə.İ. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin sahəvi prinsipləri və Azərbaycan Respublikasının dövlətdaxili qanunvericiliyi // Bakı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası, 2009, № 3, s. 100-109;
  • Əliyev Ə.İ. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təsnifatı // Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2007, № 1, s. 3-10.

 

Konfrans materialları (xaricdə çap edilmiş)

  • Aliyev A.İ. İnsan haklarına ilişkin uluslarası kuralların milli anayasalarda düzenlenmesi // Hukuk biliminin güncel sorunları. III Uluslarası kongre bildiri kitabı. Samsun, 2012, s. 105-115;
  • Алиев А.И. Право жить в благоприятной окружающей среде: международные стандарты и права человека // Международная научно-практическая конференция, посвященная 60-летию Европейской конвенции о защите прав человека и основных свобод, г. Кемерово, 2 ноября 2010 года: материалы докладов и выступлений. Отв. ред. Ю.В.Самович. Кемерово, Кузбассвузиздат, 2011, с. 167-175.

 

Konfrans materialları (Respublikada çap edilmiş)

  • Əliyev Ə.İ. Milli konstitusiyalar və insan hüquqları problemi // ”Azərbaycan Respublikasında ombudsman təsisatı və insan hüquqlarının inkişafı” mövzusunda elmi-praktiki konfransın materialları. Bakı, 2007, s. 99-108;
  • Əliyev Ə.İ. İnsan hüquqları sahəsində komitələr // “İnsan hüquqları sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasəti: formalaşması və yeni inkişaf tendensiyaları” mövzusunda 09 dekabr 2010-cu il tarixdə keçirilmiş elmi-praktik konfransın materialları. Bakı, 2010, s. 114-119.

 

Monoqrafiyalar

  • Əliyev Ə.İ. Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil. Bakı, Nurlar nəşriyyat-poliqrafiya mərkəzi, 2018, 200 s (Azərbaycan, ingilis, fransız. rus və türk dillərində);
  • Əliyev Ə.İ. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika. Monoqrafiya. Bakı, Şirvannəşr, 2007, 600 s.

Dərslik, dərs vəsaiti, tədris-metodiki vəsaitlər

  • Əliyev Ə.İ. İnsan hüquqları. Dərslik. Bakı, Hüquq ədəbiyyatı nəşriyyatı, 2019, 380 s.;
  • Əliyev Ə.İ., Aslanov E.Z. Beynəlxalq turizm hüququ. Dərslik. Bakı, NAT MMC, 2011, 475 s.;
  • Əliyev Ə.İ., Əliyev E.Ə., Məhərrəmova M.Y., Əliyev S.F., Məhərrəmov B.A. Avropa insan hüquqları. Dərs vəsaiti. Bakı, Kooperasiya nəşriyyatı, 2015, 128 s.;
  • Əliyev Ə.İ. Beynəlxalq ümumi hüquq. Tədris-metodik vəsait. Bakı, Şirvannəşr, 2004, 208 s.

Proqramlar

  • Əliyev Ə.İ. İnsan hüquqları. Bakı, Bakı Universiteti nəşriyyatı, 2014, 35 s.;
  • Əliyev Ə.İ. Beynəlxalq gömrük hüququ. Bakı, Şirvannəşr, 2005, 36 s.