human rights

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi tərəfindən “Implementation of the United Nations Human Rights Treaties” çərçivəsində təklif olunmuş İnsan Hüquqları üzrə Magistratura təhsil pilləsi üçün Tədris Planının yenidən işlənib-hazırlanması Layihəsi üzrə Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyevin rəhbərliyi ilə hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva, hüquq üzrə fəlsəfə doktoru, dosent Aytəkin İbrahimova və Şahİn Məmmədrzalıdan ibarət tərkibdə yaradılmış ekspertlər qrupu “İnsan Hüquqları” magistratura ixtisaslaşmasının tədris planını yenidən tərtib edərək bütün tədris proqramlarını tamamilə yenidən işləmiş, onları azərbaycan və ingilis dillərində vahid bir külliyyat şəklində çap edilmişdir. Ekspertlər yeni tədris proqramının hazırlanması zamanı insan hüquqları üzrə təhsil sahəsində beynəlxalq təcrübəni geniş tətbiq etmişlər. 

Yeni tədris planı üzrə ixtisaslaşma fənləri sırasında “İnsan hüquqları: nəzəri aspektlər”, “Ayrı-ayrı insan hüquqları”, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində insan hüquqlarının müdafiəsi”, “Vətəndaşlıq və miqrasiya problemləri”, “İnsan hüquqlarının universal müdafiə mexanizmləri”, “Ayrı-ayrı qrupların hüquqları”, “İnsan hüquqlarının regional müdafiə mexanizmləri”, “Beynəlxalq insan hüquqları və humanitar hüquq normaları”, “İnsan hüquqlarının milli müdafiə mexanizmləri” kimi tədris fənləri çərçivəsində keçirilən mövzuların qısa xülasəsi, sərbəst işlər üçün nümunəvi suallar, eləcə də tələb olunan ədəbiyyat siyahısı təqdim olunmuşdur.

Eyni zamanda, seçmə fənn blokları üzrə “İnsan hüquqlarının fəlsəfəsi”, “İnsan hüquqlarının tarixi”, “İnsan hüquqları, sosial və mənəvi dəyərlər”, “Qlobal informasiya cəmiyyətində insan hüquqları”, “Davamlı inkişaf və insan hüquqları”,  “Yeni texnologiyalar və insan hüquqları”, “Beynəlxalq cinayətlərlə mübarizə və insan hüquqları”, “Vətəndaş cəmiyyəti və insan hüquqları”, “Qadın və uşaq hüquqları”, “İnsan alverinə qarşı beynəlxalq və milli mübarizə”, “Bioetika, tibbi hüquq və insan hüquqları”, “İnsan hüquqları, sülh və təhlükəsizlik” kimi müasir dövrün tələblərinə uyğun yeni fənlərin tədris proqramları təqdim olunmuşdur.