human rights

28 dekabr 2020-ci il

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyevin, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayevanın və “Konstitusiya hüququ” kafedrasının dosenti hüquq üzrə fəlsəfə doktoru Aytəkin İbrahimovanın  həmmüəllifliyi ilə “Information security: Legal regulations in Azerbaijan and abroad” adlı məqalə Web of Science bazasına daxil olan Journal of Information Science jurnalında dərc  olunmuşdur. Q2 Q3 kvartil kateqoriyalı jurnallar siyahısında daxil olan, eləcə də “Nəşriyyat Etikası Komitəsi”nin (COPE) üzvü olan bu jurnal 2.410 İmpact Factora malikdir (Jurnalın linki: https://journals.sagepub.com/home/jis). Jurnal həmçinin Scopus bazasına daxildir.

Çap olunmuş məqalə dünyada və xüsusən də Azərbaycanda informasiya təhlükəsizliyi məsələlərinə həsr edilmişdir. Məqalədə Azərbaycanın və digər ölkələrin kibertəhlükəsizlik siyasəti və hüquqi tənzimləmələrin müqayisəli-təhlili aparılır. İnformasiya təhlükəsizliyinin hüquqi və texnoloji vasitələrlə təmin edilməsinin bir sıra aspektləri, habelə bəzi məlumat kateqoriyalarının təhlükəsizliyinin təmin edilməsinin spesifik xüsusiyyətləri vurğulanmışdır. Hər iki istiqamətdə tövsiyələr və nəticələr təqdim olunur.

Məqalə ilə aşağıdakı linkdən tanış olmaq olar:

https://journals.sagepub.com/eprint/QPIV7VTMICYRGUYIVEHM/full