human rights

29 oktyabr 2020-ci il

29.10.2020-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Beynəlxalq Hesabat hazırlanması üzrə yeni bir layihəyə başlamışdır. Layihəyə rəhbərliyi BDU-nun rektoru Elçin Babayev həyata keçirəcəkdir. BDU rektorunun əmrilə layihə üzrə müvafiq İşçi Qrupu yaradılmışdır. İşçi qrupuna Ukrayna, Rusiya, Türkiyə və Qazaxıstanın, o cümlədən Azərbaycanın müxtəlif ali məktəblərinin tanınmış hüquqşünas alimləri, habelə gənc tədqiqatçılar, magistrantlar və tələbələr daxil edilmişdir. İşçi qrupunun həmsədrləri BDU-nun İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müdiri Əmir Əliyev, həmin kafedranın müəllimi, eyni zamanda MG Konsaltinq Şirkətinin rəhbəri Məhəmməd Quluzadə və BDU-nun Hüquq klinikasının rəhbəri Turqay Hüseynovdur. İşçi qrupunun tərkibində 10-a yaxın bölmə və katiblik, eyni zamanda internet saytı fəaliyyət göstərəcəkdir. 

https://azertag.az/xeber/BDU_da_Isgal_edilmis_erazilerde_mecburi_kochkunlerin_pozulmus_huquqlarina_dair_kompleks_hesabat_hazirlayan_ischi_qrupun_novbeti_iclasi_kechirilib-1684407