human rights

01 noyabr 2019

İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasında elmi fəaliyyətin koordinasiyası məqsədilə növbəti iclası keçirilmişdir. Kafedranın müdiri h.ü.e.d., professor Əmir Əliyev  elmdə İKT-nin, yeniliklərin tətbiqi ilə bağlı ətraflı məlumat vermiş, kafedranın 2019-cul il üçün elmi fəaliyyəti üzrə vacib məqamlara toxunmuş, nəşr olunmuş dərslik, dərs vəsaiti, elmi məqalə və məruzələr haqqında ümumiləşdirmələr aparmışdır. Həmçinin kafedranın müəllimlərinin 2020-ci il üçün elmi əməkdaşlığı üzrə geniş müzakirələr aparılmışdır.