human rights

24 oktyabr 2019

"İnsan hüquqları və informasiya hüququ" UNESCO kafedrasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Hüquq sahəsində Avropa Standartlarına yaxınlaşmanın dəstəklənməsi” proqramı çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin gənc tədqiqatçıları üçün “Akademik Hüquqi Yazı” mövzusunda ekspert  Altay Mustafayevin aparıcılığı ilə 2 günlük təlim keçirilmişdir. Təlimdə Altay Mustafayev akademik və praktiki hüquqi yazının fərqli xüsusiyyətləri, qlobal hüquq jurnalları, akademik hüquqi yazının yazılması qaydaları haqqında məlumat vermiş, iştirakçılar tərəfindən verilən sualları nəzəri və təcrübi aspektdən cavablandırmışdır.