human rights

03 iyul 2019

"İnsan hüquqları və informasiya hüququ" UNESCO kafedrasının "İnsan hüquqları" ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilmişdir. İxtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şurasının sədri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman), professor Elmira Süleymanova magistrantların elmi və peşə hazırlığını, elmi diskussiya aparmaq bacarıqlarını müsbət qiymətləndirmiş, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.

Müdafiədə iştirak edən 7 magistrantın hər biri “əla” qiymət almış və onlardan ikisinə professor Elmira Süleymanova tərəfindən Ombudsman Aparatında iş təklif edilmişdir.

Müdafiədə iştirak edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Ombudsman Aparatı ilə birgə kadr hazırlığından danışaraq gənc tədqiqatçılara gələcək işlərində uğurlar arzulamışdır.