human rights

16 may 2019

2019-cu ilin mayın 15-də Bakı şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyası və Azərbaycan Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə “Ədalət mühakimə sistemində insan haqları ilə bağlı qarşıda duran məsələlər” mövzusunda beynəlxalq seminar öz işinə başlamışdır. Təcrübəli Avropa Ekspertləri xanım Miranda de Meijer (Hollandiyalı yüksək rütbəli prokuror), cənab François Falletti (Fransalı sabiq BPA prezidenti) və cənab Stanislav Pavlovski (Moldovalı Sabiq İHAM-ın hakimi) təlim keçdiyi tədbirdə "İnsan hüquqları və informasiya hüququ" UNESCO kafedrasının müdiri h.ü.e.d., professor Əmir İbrahim oğlu Əliyev “İnformasiya sahəsində insan hüquq və azadlıqlarının təmin olunması” mövzusunda çıxış etmişdir.