human rights

18 oktyabr 2018

İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının əməkdaşları – h.ü.f.d. Gülnaz Rzayeva, h.ü.f.d. Nigar Ələkbərova və h.ü.f.d. Azər Səfərov, Araz Abdullasoy və Zümrüd Vəliyev GİZ – Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda hüquq sahəsində Avropa Standartlarına yaxınlaşmanın dəstəklənməsi” Proqramının təşkilatçılığı ilə “Tədrisin təkmilləşdirilməsi” adlı təlimdə iştirak ediblər. İki gün davam edən təlimdə aktiv işitrak edən əməkdaşlar sonda sertifikatla təltif olunublar.