human rights

26 dekabr 2019

"İnsan hüquqları və informasiya hüququ" UNESCO kafedrasının müdiri h.ü.e.d., professor Əmir Əliyev Fransanın Milli Administrasiya Məktəbində (National School of Administration) keçirilən beynəlxalq məhkəmə proqramında iştirak edib. Milli Administrasiya Məktəbinin təşkilatçılığı ilə reallaşan proqramda dünyanın 20 dövlətindən 37 hüquqşünas iştirak edib. Mühazirələri Fransanın tanınmış alimləri və dövlət nümayəndələri təqdim edib.

Qarşılıqlı dialoq və müzakirə şəklində, o cümlədən müxtəlif məsələlərin həlli yollarının araşdırılması formasında keçirilən beynəlxalq məhkəmə proqramında əsas məsələ bu sahədə dünyanın qabaqcıl təcrübəsinin öyrənilməsi olub.

Professor Əmir Əliyev proqramın sonunda təşkil olunmuş qruplardan birinin nümayəndəsi kimi təqdimatla çıxış edib və Milli Administrasiya Məktəbinin sertifikatına layiq görülüb.

https://azertag.az/xeber/BDU_nun_Huquq_fakultesinin_dekani_Fransada_beynelxalq_mehkeme_proqraminda_istirak_edib-1375955?fbclid=IwAR3gdNjBZsWsUG3H7BPE8JP1EQmduWvyGQY7by-ILUR-iA-oi4qsb9AI0pM