human rights

2019-cu il

“İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Əmir İbrahim oğlu Əliyevin “İnsan hüquqları” dərsliyi nəşr olunmuşdur. Dərslikdə insan hüquqlarının nəzəri və təcrübi məsələləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, bu istiqamətdə qəbul edilmiş mühüm beynəlxalq normalar, o cümlədən Azərbaycan Respublikası və müxtəlif dövlətlərin milli qanunvericiliyi əsasında geniş təhlil edilmişdir. 

Dərslik insan hüquqlarının hüquq sistemində yeri, insan hüquqlarının müdafiəsinin mahiyyəti, əsas istiqamətləri və mühüm elementləri, insan hüquqlarının formalaşması və inkişaf tarixi, ayrı-ayrı insan hüquq və azadliqlarının ümumi səciyyəsi və onlarin müdafiəsi məsələləri, ayrı-ayrı  qrupların hüquqlarının müdafiəsi, ayrı-ayrı sahələrdə insan hüquqlarının müdafiəsi, insan hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq normalar, insan hüquqlarının müdafiəsi sahəsində universal təminat sistemləri, insan hüquqlarının müdafiəsi sahəsində regional mexanizmlər, insan hüquqlarının müdafiəsi sahəsində milli  mexanizmlər, əhali problemləri və insan hüquqlarinin müdafiəsi məsələləri kimi fəsillərdən ibarətdir.