human rights

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru və tanınmış vəkil Daşqın Qənbərovun “Main Models of Realisation of the Right of Association in the Azerbaijan Republic” (Azərbaycan Respublikasında birləşmək hüququnun həyata keçirilməsinin əsas modelləri) adlı ingilis dilində məqaləsi Riqa Dövlət Universitetinin (Latviya Respublikası) beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan “Scientific Journal Socrates” jurnalında dərc olunmuşdur. Jurnal Riqa Dövlət Universitetinin Hüquq fakültəsinin əsas dövri elmi nəşridir və “ERIH PLUS”,  “Index Copernicus ICI Journals Master List” və s. beynəlxalq məlumat bazalarında qeydiyyata alınmışdır.

Jurnalın elektron (İnternet) səhifəsinə aşağıdakı elektron link vasitəsi ilə keçmək mümkündür: https://www.rsu.lv/en/socrates .

Xüsusilə qeyd edilməlidir ki, çap olunmuş elmi məqalə insan hüquqları sahəsində ən aktual mövzulardan olan birləşmək hüququna həsr edilmişdir. Müəllif tərəfindən məqalədə birləşmək hüququnun nəzəri və praktiki aspektləri vəhdətdə araşdırılmışdır. Bu kontesdə Azərbaycan Respublikasında birləşmək hüququnun reallaşma mexanizmləri müqayisəli şəkildə hüquq müstəvisində təhlil olunmuşdur.

Məqalənin elektron forması ilə aşağıdakı İnternet link vasitəsi ilə tanış olmaq mümkündür:

https://dspace.rsu.lv/jspui/bitstream/123456789/8305/1/Socrates-22-08_Ganberov-Dashqin_089-099.pdf