human rights

İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Şahin Məmmədrzalı 2022-ci ilin avqust ayında tanınmış “Fulbright” elmi-tədqiqat proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarına səfər etmişdir. Elmi tədqiqat səfəri zamanı Şahin Məmmədrzalı bir müddət İllinois Texnologiya İnstitutu nəzdində Çikaqo-Kent Hüquq fakültəsində olmuş və “Yeni texnologiyalar və insan hüquqları” fənninin proqram-sillabusunu hazırlamaq üçün lazımi materiallar toplamışdır. Proqram çərçivəsində təşkil edilmiş bir sıra digər tədbirlərə Şahin Məmmədrzalı onlayn şəkildə qatılmışdır və apardığı elmi tədqiqat nəticələri ilə bağlı elmi məruzələrlə çıxış etmişdir.