human rights

2022-ci il 16 sentyabr tarixində Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra - Dövlət Xidməti) birgə təşkilatçılığı ilə Dövlət Xidmətinin əməkdaşları üçün “Əqli mülkiyyət hüquqları və rəqabət hüququ” mövzusunda “İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedra”sının saathesabı qaydada fəaliyyət göstərən müəllimi Əliyev Əkbər tərəfindən təlim keçirilmişdir.

Təlimdə əqli mülkiyyət hüquqlarının anlayışı və formalaşma tarixi, sənayə mülkiyyəti obyektlərinin anlayışı, əmtəə nişanlarına dair müstəsna hüquq, əqli mülkiyyət hüququnun azad bazar iqtisadiyyatına və bazar subyektləri arasındakı rəqabətə təsir, bu sahədə mövcud praktika və.s barədə ətraflı məlumat verilmişdir. Təlimin sonunda təlimçi Əkbər Əliyev tərəfindən Dövlət Xidmətinin əməkdaşlarını maraqlandıran suallar cavablandırılmışdır.