human rights

13 iyun 2022-ci il

 

Tədbirdə Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycan və UNESCO arasında əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, ölkəmizin iştirakçısı olduğu bütün beynəlxalq platformalarda dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində etibarlı tərəfdaşa çevrildiyini bildirib. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, professor Lətif Hüseynov “Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində təhsil hüququ”, Milli Məclisin deputatı, professor Nizami Səfərov “Müharibə zamanı mədəni sərvətlərin qorunması rejiminin pozulması: müharibə cinayəti və ya mədəni soyqırımı?”, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Eltay Aslanov “Azərbaycan Respublikası ilə UNESCO arasında əməkdaşlığın başlıca istiqamətləri”, Avropa Şurasının Bakı Ofisinin nümayəndəsi Pərvanə Bayramova “Avropa Şurasının Hüquq fakültəsi ilə əməkdaşlığı”, Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov “Mübahisələrin alternativ həlli yeni trend kimi: BDU-nun Hüquq fakültəsinin mediasiya islahatlarında rolu”, Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli “Təhsil beynəlxalq münasibətlərdə yumşaq güc aləti kimi: Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığı”, Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Elnur Aslanov “Azərbaycan Respublikasının daxili işlər orqanları və beynəlxalq təşkilatlar: əməkdaşlığın perspektivləri”, Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri professor Əmir Əliyev “İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının fəaliyyətinin əsas istiqamətləri”, Hüquq fakültəsinin Hüquq klinikasının rəhbəri, hüquq üzrə elmlər doktoru Turqay Hüseynov “Azərbaycan və Avropa İttifaqı: inkişaf perspektivləri”, Hüquq fakültəsinin IV kurs tələbəsi, Tələbə elmi cəmiyyətinin sədri Ceyhun Xəlilov “Tələbə elmi cəmiyyətinin Hüquq fakültəsinin inkişafında rolu” mövzularında məruzə ilə çıxış etmişlər.